<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>446</hymn_number>
<lyrics>[V1]
 Hardadır o gözəl, o sakit bol həyat?
 Allahın yanında, Səltənətindədir.
 Hardadır o sevgiylə dolu xoş həyat?
 Rəbbimin yanında, Atanın yanında.

[C1]
   Bağışla Sən bizi, bağışla, Rəbbim,
   Bizə həyat verən Xilaskarımızsan.
   Bağışla Sən bizi, bağışla, Rəbbim,
   Günahları yuyan, əfv edən Sənsən.

[V2]
 Hardadır o dərdsiz, sıxıntısız həyat?
 Allahın yanında, Səltənətindədir.
 Hardadır o xoşbəxt, sevinc dolu həyat?
 Rəbbimin yanında, Atanın yanında.</lyrics>
<title>Hardadır o gözəl, o sakit bol həyat? İL446</title>
</song>